olkepress.com
olkepress.com

Şirvan DYP rəisindən narazılıq: Vilayət Eyvazova müraciət edildi

8-01-2021, 11:17

Şirvan DYP rəisindən narazılıq: Vilayət Eyvazova müraciət edildiŞirvan Yol Polisi Şöbəsinin rəisi Afət Mirzəyevin qanunsuz hərəkətlərinə hələ də hüquqi qiymət verilmir deyən taksi sürücüləri və bazar ticarəti ilə məşğul olan narazı vətəndaşlar Vilayət Eyvazova üz tutub.

Taksi sürücüləri və bazar ticarəti ilə məşğul olan vətəndaşlar onlardan aylıq haqq alındığını, bu səbəbdən də DYP rəisindən narazı olduqlarını deyir.

Şikayətçilər qeyd edir ki, Salyan,Sabirabaddan olan kənd sakinləri maşınları ilə Şirvan bazarına satış üçün kənd təsərrüfatı məhsulları gətirirlər və Şirvan DYP-nin əməkdaşları “DRES” deyilən ərazidə rəislərinin göstərişi ilə açıq soyğunçuluqla məşğuldurlar. Kənd təsərrüfatı mallarını satmağa gətirən vətəndaşlar haqq verməmiş bazara daxil ola bilmirlər. Bazara balıq, pomidor, kartof, soğan və digər məhsullar gətirən kənd sakinləri artıq Afət Mirzəyevin qanunsuz hərəkətlrindən bezərək nazirdən kömək istəyirlər.

Bundan başqa narazı sürüçülər, rayonda sürücülük vəsiqəsi olmayanlar və imkanlı şxslər eləcədə onların övladları aylıq şirinlik sahyəsində A.Mirzəyev tərəfindən xüsusi imtiyazlara sahib olduqlarını da vətəndaşlar öz şikayətlərində bildirib.

Onuda qeyd edək ki, vaxtı ilə Gəncədə və Masalıda DYP rəisi işləyən Afət Mirzəyevdən çox saylı şikayətlər və müraciətlər olub. Bildirilib ki, Afət Mirzyev üzündən vətəndaşlar arasında bəlli səbəblərdən kütləvi narazılıqlar olub. Həmin səbəb ki, bu gün Şirvanda da rəis Mirzeyevə ciddi başağrısı gətirə bilər.(kaim.az)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi