olkepress.com
olkepress.com

Bakıdakı “borc aparatları” yığışdırıldı - Dövlət qurumları əməliyyat keçirdi

25-11-2019, 17:14

Bakıdakı “borc aparatları” yığışdırıldı - Dövlət qurumları əməliyyat keçirdiBakıda “Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

Pravda.az-ın məlumata görə, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub. Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 AZN məbləğində borc pul alırdılar. Həmin borc beş gün ərzində 21 AZN şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 AZN götürmək mümkün idi.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi