olkepress.com
olkepress.com

Cavid Qurbanovun əlavə pul qazanmaq ehtirası...

7-01-2021, 11:15

Cavid Qurbanovun əlavə pul qazanmaq ehtirası...Bakıda müasir standartlara uyğun yeni avtomobil dayanacağı yaradılır.

Sözügedən dayanacaq Puşkin küçəsində, Dövlət Dəmir Yol Xəstəxanasının qarşısında yerləşəcək.

Bu günə kimi həmin ərazi boş olduğundan parkinq kimi istifadə olunub, ancaq hansı qurumun balansında olduğu bəlli deyildi.

Hazırda isə Azərbaycan Dəmir Yolları QSC tərəfindən ərazi abadlaşdırılıb, avtomobillərin dayanması üçün yerdə xətlənmə işləri görülüb.

Meydan xüsusi vasitələrlə əhatəyə alınıb və bir giriş-çıxış qoyulub.

Qurumun əməkdaşları bildiriblər ki, ərazidə avtomobil saxlamaq üçün qiymət digər dayancaqlarda olduğu kimi hesablanacaq./Trend/

Bizimxeber.az avtomobil dayanacağının Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanova məxsus olduğunu yazıb.

Azərbaycan Dəmir Yolları QSC isə xəbərə münasibət bildirməyib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi