olkepress.com
olkepress.com

Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir - VİDEOREPORTAJ

5-01-2021, 14:54

Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir - VİDEOREPORTAJBalakən rayonunun Tülü və Talalar kəndlərinin yaxınlığında yerləşən Nur kilsəsi Alban dövrünün erkən xristian abidələrindən hesab olunur.

Abidə düzbucaqlı olmaqla, iki hissədən ibarətdir. Birinci hissə 10 metrlik ibadət zalı, ikinci hissə isə IX-XI əsrlərdə inşa edilmiş Zəy qülləsidir.

Abidənin baxımsız vəziyyətdə olması Balakən sakinlərini və tarixiçiləri narahat edir. Tarixçi Akif Məmmədli bildirir ki, təqribən 20-30 il öncəyə qədər abidəyə dayanıqlılıq və gözəllik verən Zəy qülləsinin sütunları qalmaqda idi. Ancaq hazırda qüllənin sütunlarından biri dağılaraq, ətrafa səpələnib.

Tarixçinin sözlərinə görə, abidənin V əsrdə inşa edilməsi ehtimal olunur. Əgər burada arxeoloji qazıntılar aparılarsa, alt hissədə daha bir ay məbədinin də olması ehtimallar arasındadır.

Abidə hazırda baxımsız vəziyyətdədir və restavrasiyaya ehtiyacı var.

Bununla bağlı Mədəniyyət Nazirliyinin Balakən rayonu üzrə abidələrinin mühafizəsi xidmətinə müraciət etdik.

Abidə mühafizəçisi Nizami Mahmudov şifahi olaraq Baku TV-yə bildirdi ki, Balakəndə olan abidələrin bir çoxu restavrasiya olunmalıdır.

Bununla bağlı artıq Mədəniyyət Nazirliyinə müraciət də ediblər. Yaxın zamanlarda abidələrin rastavrasiyasına başlanılması gözlənilir. Onların arasında Nur kilsəsi də olacaq.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi