olkepress.com
olkepress.com

Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı?

5-01-2021, 11:21

Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı?Tarif (qiymət) Şurasının ötən gün keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik olması müəyyən edilib.

Bəs bu qiymət artımı ictimai nəqliyyatda gediş haqqına hər hansı formada təsir edəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

Onun sözlərinə görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini BNA həyata keçirir:

“Bunu nəzərə alaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Bu istiqamətdə heç bir məsələ gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi