olkepress.com
olkepress.com

Rusiya FHN Ağdamı minalardan təmizləyəcək

4-01-2021, 12:28

Rusiya FHN Ağdamı minalardan təmizləyəcəkRusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdam rayonunda minalardan təmizləmə işləri aparacaq.

Bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat verib.

“Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, - deyə məlumatda bildirilib.

Minalardan təmizlənmədə “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi