olkepress.com
olkepress.com

DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA

4-01-2021, 12:21

DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMAKoronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2021-ci il yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2 225 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi