olkepress.com
olkepress.com

İctimai Televiziyadan Saleh Bağırovun Ordumuz haqqında dediyi fikirlə bağlı AÇIQLAMA - VİDEO

4-01-2021, 10:09

İctimai Televiziyadan Saleh Bağırovun Ordumuz haqqında dediyi fikirlə bağlı AÇIQLAMA - VİDEOBu gün sosial mediada İctimai Televiziyanın aparıcısı Saleh Bağırovun guya Ordumuz haqqında dediyi fikir gündəmə çevrilib. Haqqında danışılan verilişi izləməyənlər belə aparıcını tənqid ediblər.

İctimai Televiziya məsələyə aydınlıq gətirib.

Telekanaldan verilən məlumatda göstərilir ki, bu gün “Facebook” sosial şəbəkəsində Saleh Bağırovun “Gəl, qonaq ol” verilişində rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlığa kölgə salan ifadələrdən istifadə etməsi ilə bağlı səhv məlumatlar yayılıb.

“Rəsmi şəkildə bildiririk ki, sözügedən verilişin aparıcısı Saleh Bağırovun fikirləri kontekstdən çıxarılıb və başqa sözlərlə əvəzlənərək təhrif olunub.

Əziz həmvətənlər, bəzi sosial media səhifələrinin, onlayn media qurumlarının daha çox izləyici qazanmaq üçün məşhur şəxslərin ünvanına böhtan xarakterli fikirlər səsləndirməsinin qarşısını almaq öz əlimizdədir. Orijinal kontenti görmədən fərqli interpretasiyada təqdim olunan fikirləri dəstəkləməklə biz kimlərinsə süni populyarlıq qazanmasına səbəb oluruq. İndiki həssas dövrdə daha təmkinli olmaq, sosial mediada daha adekvat davranmaq cəmiyyətimizin xeyrinədir. Sosial media cəmiyyətin güzgüsüdürsə, bu güzgüdə əyri görünməmək hər kəsin özündən asılıdır”, - məlumatda deyilir.





ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi