olkepress.com
olkepress.com

Oktyabrın əvvəlində itkin düşən hərbçimizin nəşi torpağa tapşırıldı - VİDEO

2-01-2021, 19:28

Oktyabrın əvvəlində itkin düşən hərbçimizin nəşi torpağa tapşırıldı - VİDEOAzərbaycan ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.

Şəhid hərbi qulluqçumuz 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğludur. Hərbi qulluqçunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır.

Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Fərid Teymurov 1999-cu il noyabr ayının 2-də Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub.

Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. Üç aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay olub.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi