olkepress.com
olkepress.com

Bəzi ərazilərin elektrik enerjisi təchizatında fasilə olub

23-11-2019, 11:56

Bəzi ərazilərin elektrik enerjisi təchizatında fasilə olubHazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bunu Ölkəpress.com-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilə olub: “Azərişıq” rəhbərliyi başda olmaqla, Bakı şəhəri və region texniki departament, həmçinin, qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ şəkildə alınması məqsədilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq, Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib.
Gecə saatlarında leysan yağışları səbəbindən Bakı regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılıb.
Xatırladım ki, son illər “Azərişığ”ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində ciddi qəzalar baş verməyib. Hava şəraitinin kəskin keçməsinə baxmayaraq, istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi