olkepress.com
olkepress.com

"Mənim sahibi olduğum torpaq sahəsi razılığım olmadan 3000 manata satılıb..." - VİDEOGİLEY

22-11-2019, 22:29

"Mənim sahibi olduğum torpaq sahəsi razılığım olmadan 3000 manata satılıb..." - VİDEOGİLEYKəndlilər icra nümayəndəsinin özbaşnalığından bezib.

Yarım qalan yol və qaz çəkilişi, örüş sahələrinin və kəndlilərin ixtiyarında olan icazəsiz torpaq sahələrinin satılması, hər an təhlükə saçan işıq dirəkləri və daha nələr… Xaçmaz rayon Uzunoba kəndinin sakinləri çıxılmaz vəziyyətdə qalıb. Təhlükə saçan yıxılan işıq dirəkləri kəndliləri narahat edir. Onlar hər gün övladlarının həmin şalbanların yanından keçərək məktəbə gedib gəldiyini deyir. Problemlərə göz yuman icra nümayəndəsi Nizaməddin Xıdırovun özbaşnalığı kəndliləri özündən çıxarıb. Sakinlər bildirir ki, icra nümayəndəsi istifadəsiz qalan torpaq sahələrini istədiyi şəxsə satır. Şikayət etmək istəyən kəndlilərə isə pulunuzu geri qaytaracam deyə vəd verir. Kənd sakini Elsevər Adıgözəlovun sözlərinə görə, onun faktiki mülkiyyətində olan pay torpağını icra nümayəndəsi qonşu kənd sakininə satıb. “Mənim sahibi olduğum torpaq sahəsi razılığım olmadan 3000 manata satılıb. Prokurorluqda məsələ ilə bağlı dindirilmə olub. Əlimdə faktiki sənədim, çıxarışım ola-ola mənim torpağımdan istifadə edirlər. Hətta kəndin ahıl bir sakininin torpağına da göz dikmişdilər. Biz sakinlər buna imkan vermədik”. Kənddə hətta örüş sahələrinin də satıldığını deyən kəndlilər vəziyyətdən çıxış yolu axtarır.
Kənddə digər sahələrdə görülən işlər də yarımçıq qalıb. Yol və qaz çəkilişi kəndin yalnız müəyyən hissəsində icra olunub. Hərc-mərclikdən bezən sakinlər müvafiq orqanlardan yardım istəyir. (konkret.az)

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi