olkepress.com
olkepress.com

Rusiyalı general Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsinin detallarını açıqladı - VİDEO

15-12-2020, 11:28

Rusiyalı general Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsinin detallarını açıqladı - VİDEO
“Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib”.

“Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov deyib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq “hamının hamıya” prinsipi əsasında əsrilərin mübadiləsi həyata keçirilib. Buna qədər Azərbaycan və Ermənistan tərəfləri ilə Rusiya sülhməramlıları tərəfindən geniş hazırlıq işləri aparılıb”, - deyə R.Muradov bildirib.

Onun sözlərinə görə, nəticədə şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya 12 nəfər çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib. Azərbaycan tərəfindən Ermənistan tərəfinə 44 nəfər qaytarılıb.

O, Rusiya sülhməramlıların üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə gələcəkdə də töhfə verməyə davam edəcəklərini qeyd edib.

ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi