"AQTA hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlir" – Rəşid Mahmudov
"AQTA hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlir" – Rəşid MahmudovXəbər verdiyimiz kimi toylarımızda zəhərlənmə hadisələrini sayı getdikcə çoxalmaqdadır. İnsanlar isə bundan narahatdır. Sonuncu dəfə “Şahənşah” restoranında keçirilən toy mərasimində 50 nəfər insan zəhərlənib.
Bunu moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov əlaqədar qurumların bu istiqamətdə ciddi addım atmasını bildirib:
“Müvafiq qurumlar toylarımızdakı zəhərlənmə hallarını araşdırmalıdır. Bu toydan qalan yeməyi, o biri toyda verəndə əlbəttə ki, insanlar zəhərlənəcək. Bizim vaxtımızda “palatka toyu” olurdu, hər şeyi gözümüzün qabağında hazırlayırdılar. Dananı da həmin gün kəsirdilər. Sovet hökumətinin vaxtı idi, əti yoxlamadan insanlara versəydilər, buna görə adamı həsb edərdilər. Bu gün AQTA bu məsələləri araşdırmalıdır, onlar bəs hara baxırlar? Hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlirlər. Onlar da rüşvətə başladısa, vay bu millətin halına. Adam artıq toylarda yemək yeməyə də qorxur”.
R.Mahmudov “Palma” yağının təhlükəsindən də danışıb və ölkəyə gətirilməsinin qadağan edilməsini istəyib: “Ən birinci “Palma” yağını Azərbaycana gətirmək lazım deyil. Dünya bunu qəbul etmir, amma bizim ölkəyə 50 min ton bu yağdan gətirirlər. Bu isə hər şeyə ziyandır. Allahın vermeşilinə, uşaq südlərinə bu yağdan qarışdırırlar. Bu isə biabırçılıqdı. Ölkə düzəlməlidir, mən bunları boş yerə demirdim. Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq”.
Ölkəpress.com