olkepress.com
olkepress.com

Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır - RƏSMİ

11-11-2020, 21:04

Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır - RƏSMİErmənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edirik.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi