Qondarma prezidentin “inaqurasiya“ keçirdiyi bina darmadağın edildi - Foto
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma qurumun rəhbəri Araik Aratunyanın Şuşada vaxtilə "inaqurasiya" keçirdiyi bina darmadağın edilib.
Bizimyol.info-nun xəbərinə görə bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qondarma rejimin rəhbərinin qondarma andiçmə mərasimi Şuşada Mədəniyyət Mərkəzində baş tutmuşdu.
Dünən Azərbaycan prezidentinin tarixi çıxışındakı bir məqamı bu anda xatırlamamaq olmur. “Siz orda yas mərasimi keçirəcəksiniz!”