olkepress.com
olkepress.com

Hacıqabulda I qrup əlilin torpağı zəbt olunub – VİDEO

18-11-2019, 13:03

Hacıqabulda I qrup əlilin torpağı zəbt olunub – VİDEOHacıqabulun Bürvənd kənd sakini, I qrup əlil Mahir Kərimov torpağının qanunsuz zəbt olunmasından şikayətçidir.

Onun Reportyor.info-ya video müraciətində bildirilir ki, xəstəliyi ilə əlaqədar pay torpağını satmalı olub. Bu zaman torpağa müştəri çıxan Asif İbişovla alqı-satqı ediblər, razılaşıblar. Lakin bir müddət sonra A.İbişov M.Kərimova aid satmadığı digər yerləri də zəbt etməyə başlayıb.
Onun sözlərinə görə, Dövlət Əmlak Komitəsinə müraciət edib: “Mənə dedi ki, get kimə istəyirsən şikayət elə. Nə cənab başçını sayır, nə qanunları. Mənə məxsus yerləri zəbt edərək qanunsuz tikini aparıb. Bu yerlər mənim icarəmdədir.Əmlak Komitəsinin əməkdaşları əraziyə baxış keçirdi, yer sənədləşdirildi. Sonra komitə tərəfindən Daxili İşlər Naizrliyinə göndərildi. Nazirlik isə işi Hacıqabul Rayon Polis şöbəsinə yolladı. Müstəntiq Nurlan Abullayev bir il iş aparırdı. Hər dəfə soruşanda deyirdi ki, cinayət işi məhkəməyə göndərilib”. I qrup əlil M.Kərimov deyir ki, 2018-ci il, mayın 15-də cinayət işinə xitam verildiyi ona məlum olub: “Mən nazirliyə təkrar müraciət etmişəm, cavab gözləyirəm. Asif İbişovun sözündən belə çıxır ki, nə rayon rəhbəri var, nə dövlət var. Düzdür, torpağı adına keçirə bilmədi. Amma yerimi zəbt edib. Mənim şiakyətimdən sonra tikinti dayandırılsa da, ərazidən istifadə edə bilmirəm. Mənə məxsus yerdən örüş kimi istifadə edirdim. Bu günə kimi də inayət işinə niyə xitam verilməsinin səbəbi deyilmir. Məhkəmədən də soruşmuşam, Hacıqabul polisindən onlara iş gəlmədiyini bildiriblər”. Şikayətçi I vitse-prezident Mehriban Əliyeva, DİN rəhbəri Vilayət Eyvazov, Baş prokuror Zakir Qaralovdan köməklik göstərilməsini xahiş edib.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi