olkepress.com
olkepress.com

Rayonlara gediş-gəlişə nəzarət edən postların işi dayandırılır

7-09-2020, 13:39

Rayonlara gediş-gəlişə nəzarət edən postların işi dayandırılırBu gecə saat 00:00-dan sonra rayonlararası gediş-gəlişlə bağlı tətbiq edilən məhdudiyyət aradan qaldırılır. Hər kəs qeydiyyat yerindən asılı olmayaraq, sərbəst şəkildə ölkənin istənilən şəhər və rayonuna egdib-gələ biləcək. Amma gediş-gəliş üçün hələ ki fərdi nəqliyyat vssitələri və taksi xidmətlərindən istifadə oluna bilər. Çünki ictimai nəqliyyat vasitələrilə sərnişindaşımalarına tətbiq olunmuş məhdudiyyət hələ ki qüvvədədir.

Bunu Ölkəpress.com-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
K.Əliyevin sözlərinə görə, şəhərlərarası sərnişindaşımlara icaə verilib-verilməməsi sanitar-epidemioloji vəziyyətdən asılıdır:


“Vətəndaşlar tələb olunan qaydalara nə qədər ciddi riayət edərlərsə, həm tibbi maskalardan istifadə, həm ara məsafə saxlanması kimi tələblərə diqqətlə yanaşarlarsa, məhdudiyyətlər bir o qədər tez aradan qaldırılar və sərnişindaşımların fəaliyyəti də bərpa olunar”.

Şöbə rəisi deyib ki, postlar əsas etibarilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərə nəzarət edilməsi məqsədilə təşkil edilmişdi:

“Ümumiyyətlə, postlarda yığışdırılası nə isə yoxdur. Orada quraşdırılmış bəzi qurğu və avandalıqlar var ki, müvəqqəti olaraq, saxlanacaq. Çünki açılmalardan sonra sanitar-epidemiolji vəziyyətin hansı yöndə dəyişəcəyini bilmirik. Lakin ictimai nəqliyyat vasitələri ilə sərnişin daşınma fəaliyyəti istisna olmaqla, həmin məhdudiyyətlər bu gecə saat 00:00-dan ləğv edildiyi üçün nəqliyyat vasitələrinin yoxlanılması prosesi və ümumiyyətlə, postların fəaliyyəti də dayandırılacaq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi