ÖZBƏKİSTANDA AZƏRBAYCAN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLİR
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.Öncə Daşkənd Univetsitetiində dahi Füzulinin 530 illik yubileyi ilə bağlı tədbir keçirilib.Tədbirdə MUĞAM MÜSABİQƏSİNİN qalibləri Nisbət Sədrayeva və Almaxanım Əhmədli Füzulinin qəzəllərini muğam üstə səsləndiriblər. Axşam isə Qala konsert keçirilib.
“Özbəkistan” Forumlar Sarayında keçirilən konsertdə Üzeyir Hacıbəyli, Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev, Ələkbər Tağıyev, Faiq Sücəddinov kimi dahi bəstəkarların musiqilərinə müraciət olunub, eləcə də xalq rəqsləri nümayiş etdirilib.
Həmçinin, tamaşaçıları Xalq artistləri Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Zülfiyyə Xanbabayeva, Azər Zeynalov, Yusif Eyvazov,əməkdar artist , tarzən Sahib Paşazadə, Müsabiqələr qalibi Almaxanım Əhmədli, eləcə də, hər iki ölkənin bu fəxri adını daşıyan Nəsibə Abdullayeva öz ifaları ilə salamlayıb.
Hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli və Ozodbek Nazarbekovun da izlədiyi qala konsertində özbək mahnı və rəqslərinə də yer verilib.
Ümumilikdə Qala konsertdə 21 musiqi nömrəsi yer alıb. Almaxanım Əhmədlinin oxuduğu " Şur" təsnifləri, xüsusi ilə " Şəddi- Şahnaz" nəfəsləri, zəngulələri tamaşıçıları coşdurub. Tamaşaçılar Almaxanıma qoşularaq nəğməni onunla birgə ifa ediblər.İfası sürəkli alqışlarla bitib.Olduqca maraqlı keçən konsertin sonunda bütün ifaçılar birlikdə Rauf Hacıyevin “Azərbaycan” mahnısını ifa edərək gecəyə yekun vurublar.
Kərimulla Məmmədzadə- Daşkənd
.