olkepress.com
olkepress.com

“Bakcell”dən Azərbaycanda növbəti İLK - VİDEO

12-05-2022, 11:54

“Bakcell”dən Azərbaycanda növbəti İLK - VİDEO

“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq ən müasir səs texnologiyasını istifadəyə verib. Bu VoLTE (Voice over LTE) texnologiyasıdır.

VoLTE smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir.
Bu ən müasir səs texnologiyası “Bakcell” abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. VoLTE texnologiyası smartfon batareyasının qənaətlə istifadəsinə də təsir göstərir.

“Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılmış yüksək keyfiyyətli LTE şəbəkəsi sayəsində “Bakcell” abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər.

Mobil telefonun VoLTE texnologiyasını dəstəkləməsini *303#YES kodunu yığmaqla yoxlamaq olar.

Ətraflı məlumat volte.bakcell.com səhifəsində yerləşdirilib.

2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün “Bakcell” şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi