“Hazırda soyutma və söndürmə işləri 1000 kvadratmetr ərazidə gedir”.Ōlkəpress.com xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir saata və ya bir saat yarıma yanğın lokallaşdırılacaq və bitəcək:
“Közərmə səhərə qədər davam edəcək. Burada növbətçi maşınlar qalacaq”.