olkepress.com
olkepress.com

Hacı Şahinin xütbəsində təxribat baş verdi

1-04-2022, 14:56

Hacı Şahinin xütbəsində təxribat baş verdi

Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Şahin Həsənli (Hacı Şahin) çıxışı zamanı təxribatla üzləşib.

Ōlkəpress.com xəbər verir ki, hadisə din xadiminin ənənəvi cümə xütbəsi zamanı baş verib.

Belə ki, xütbədə iştirak edən şəxslərdən biri çıxışı zamanı Hacı Şahini təhqir edib.

Xütbədə olan şəxslər təxribatçını hadisə yerindən uzaqlaşdırıblar.

Hadisə ilə bağlı xütbə zamanı danışan Hacı Şahin deyib:

“Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Bu şəkildə nəyəsə fikir bildirmək xütbə zamanı yanlışdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi