olkepress.com
olkepress.com

Vilayət Eyvazov yeni rəis təyin etdi

25-10-2019, 21:06

Vilayət Eyvazov yeni rəis təyin etdiMingəçevir Şəhər Polis Şöbəsinə yeni rəisi təyin edilib.

Ölkəpress.com-un məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Hikmət Qasımov təyinat alıb. O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini işləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt ŞPİ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri vəzifəsinə təyinat alıb. Xatırladaq ki, Mingəçevir ŞPİ-nin rəisi Teymur Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi