olkepress.com
olkepress.com

AY Partiya Başqanının kitabı təqdim olundu - FOTOLAR

10-12-2021, 20:34

AY Partiya Başqanının kitabı təqdim olundu - FOTOLAR

Bu gün milli düşüncənin parlaq təmsilçilərindən bir kimi tanınan, Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin yeni çapdan çıxan "Vicdanın labüd etdiyi savaş" adlı kitabının təqdimat mərasimi keçirilib.

AY Partiya Başqanının kitabı təqdim olundu - FOTOLAR


Təqdimat "Azərkitab” Kitab Mərkəzində tanınmış siyasi simaların, partiya rəhbərlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin, media mənsublarının və şəhid ailələrinin iştirakı ilə baş tutub.

AY Partiya Başqanının kitabı təqdim olundu - FOTOLAR


Qonaqlar müəllifin xüsusi imzasıyla təqdim olunan nəşrlə tanış olub, kitab haqda təəssüratlarını bölüşüblər. Tədbir iştirakçıların AY Partiya Başqanına ünvanladığı suallar əsasında müzakirə formatında davam edib.

AY Partiya Başqanının kitabı təqdim olundu - FOTOLAR


Qeyd edək ki, "Vicdanın labüd etdiyi savaş" kitabında son illər ölkədə və dünyada cərəyan edən ən mühüm olaylar haqqında müəllifin özəl düşüncələri, siyasi-fəlsəfi fikirləri yer alıb. Kitab "AY Partiyanın kitabxanası" seriyasından işıq üzü görən ilk nəşrdir və şəhid övladlarına həsr olunub.

AY Partiya Başqanının kitabı təqdim olundu - FOTOLAR


Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi