olkepress.com
olkepress.com

Abşeron məktəbində ŞOK OLAY: Qalmaqalı direktor Çinarə Atayeva şagirdi döyüb ağır xəsarətlər yetirdi

2-11-2021, 12:38

Abşeron məktəbində ŞOK OLAY: Qalmaqalı direktor Çinarə Atayeva şagirdi döyüb ağır xəsarətlər yetirdi

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib.

Ölkəpress.com xəbər verir ki, Abşeron rayon Ceyranbatan 1 nömrəli məktəbin direktoru Çinarə Atayeva 7 “D” sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.
Xəbəri Bakupost.az -a şagirdin anası Könül Mirzəağayava təsdiqləyib.
O bildirib ki, hadisə övladının günahı ucbatından baş verdiyi üçün direktordan şikayət etməyib:
“Məktəbin həyətində uşaqlar sıraya düzülən zaman mənim uşağım digər bir uşağa söyüş söyüb, ona görə də direktor onu vurub. Boynunda iz qalıb. Həmin gün bir az ağrayıb, daha sonra keçib gedib. Günah uşağımda olduğu üçün direktora heç bir şey demədim”.
Qeyd edək ki, Çinarə Atayeva qalmaqallı hərəkətləri ilə bir neçə dəfə medianın gündəminə gəlib.
E. Mirzəyev
(Baku Post)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi