olkepress.com
olkepress.com

Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblər

21-10-2019, 15:12

Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblərSiyəzən rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə yeniyetmə və gənclərdən ibarət 9 komandanın – ümumilikdə 54 nəfər yeniyetmə və gəncin iştirakı ilə yarış keçirilib.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmdov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.
Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblər
Tədbirdə çıxış edən Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov tədbirin Siyəzəndə keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.
Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblər
Rəsmi hissədən sonra yarışa start verilib. Birinci mərhələdə 9 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 9 turun nəticələrinə əsasən ilk 4 yeri tutan komandalar mübarizəni ikinci mərhələdə davam etdirmək hüququ qazanıb. Yekunda “Deus” biliciləri turnirin qalibi adını qazanıb. “Valhala” komandası ikinci, “Olimp 476” adını daşıyan komanda üçüncü, “Nirvana” isə dördüncü olub.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi