olkepress.com
olkepress.com

"BakuBus"lardan kobud qayda pozuntusu - VİDEO

15-09-2021, 11:35

"BakuBus"lardan kobud qayda pozuntusu -  VİDEO

Bakıda sərnişinlərin və digər hərəkət iştrakçılarının həyatını heçə sayan iki avtobus sürücüsü qaydaları kobud şəkildə pozublar.

Ölkəpress.com Xezerxeber.az-a istinadən xəbər verir ki, onların kobud qayda pozuntusu ''təhlükəsiz şəhər'' kameralarına paytaxtın Yusif Səfərov küçəsində düşüb.

''Baku Bus'' MMC-yə məxsus avtobuslar yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. İki avtobus sürücüsü düz xətti tapdalayaraq hərəkətdə olan digər avtomobillər üçün təhlükə yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, hər iki sürücü kobud qayda pozub. Onlarla bağlı idarədə araşdırma aparılır. Aşkar edilən kimi hər iki sürücü inzibati qaydada 40 manat məbləğində cərimə olunacaqlar.

Hər gün yüzlərlə sərnişin daşıyan, intizamsız sürücülərlə bağlı Bakı Nəliyyat Agentliyində hər hansı bir tədbir görülür?

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, yol hərəkəti qaydalarının bu formada pozulması qəbuledilməzdir.

''Bütün bunlar həm də ümumilikdə sürücülərin peşəkarlığı ilə bağlı məsələdir. Bakı Nəliyyat Agentliyi öz səlahiyyətləri çərçivəsində avtobus sürücülərini peşə təlimlərinə cəlb edir. Amma ümumilikdə sürücülərin peşəkarlığının artırılması istiqamətində müvafiq qurumların da nəzarəti gücləndirilməlidir'',-deyə Mais Ağayev qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi