olkepress.com
olkepress.com

“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi - FOTO

8-01-2021, 10:24

“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi - FOTOVətən müharibəsində minaya düşərək sol ayağını topuq nahiyəsindən yuxarı itirən qazimiz Yusifov Abbas ailə həyatı qurub.

Ölkəpress.com-un məlumatına görə, o, bu gün sevdiyi xanımla rəsmi nikaha daxil olub.
Cütlüyün nikah mərasimindən çəkilmiş fotosu sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub. Sevdiyi xanımın qazimizə olan sevgisi rəğbətlə qarşılanıb.

Əməkdaşımızla söhbət edən qazi Abbas Yusifov bildirib: "Biz 2017-ci ildə tanış olmuşuq. Sevdiyim xanım öz kəndçimdir. 2019-cu ildə isə nişanlanmışıq. Cəbhədə olanda əlaqə saxlayırdım. Bilirdim ki, məni heç vaxt atmaz. Ailəsi də bunu müsbət qarşıladı".
Qeyd edək ki, Yusifov Abbas Mədəd oğlu 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. O, daha sonra 2014-cü idə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2018-ci ildə təhsilini başa vuraraq Tərtərdə N saylı hərbi hissədə xidmətə başlayıb.

Leytenant Yusifov Vətən müharibəsinə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi qatılıb. O, Suqovuşan və Talış istiqamətində döyüşüb. Zabitimiz sentyabrın 30-da Talış kəndində minaya düşüb. Nəticədə hərbçimizin sol ayağının topuqdan yuxarı hissəsi amputasiya olunub. Qazimiz dekabrın 15-də Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. (qafqazinfo)


“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi