olkepress.com
olkepress.com

25 min tamaşaçı tutumu olan arena nə vaxt əsaslı təmir olunacaq? - VİDEO

8-12-2021, 17:59

25 min tamaşaçı tutumu olan arena nə vaxt əsaslı təmir olunacaq? - VİDEO

Gəncənin mərkəzi stadionu qəzalı vəziyyətdədir.

Artıq ömrünü başa vuran bu stadionda “Kəpəz” Peşəkar Futbol Klubu öz ev oyunlarını keçirir.

Meydanın tribunaları isə ildən-ilə yararsız vəziyyətə düşür. 25 min tamaşaçı tutumuna malik olan stadionun bir hissəsi artıq qəzalı vəziyyətdədir.

Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasını alıb. Həmin vaxtdan cüzi dəyişikliyə məruz qalan stadion bir dəfə belə əsaslı təmir olunmayıb.

Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Sözügedən qurumdan mövcud məsələ ilə bağlı bildirilib ki, istismara yararsız binanın yerində futbol akademiyası tikiləcək.

Qeyd edək ki, bu günlərdə AFFA rəhbərliyi Gəncə şəhərində səfərdə olub və “Kəpəz” Peşəkar Futbol Klubunun əsas bazasının təmirinə start verilib.

Daha ətraflı Baku TV-nin süjetində:


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi