olkepress.com
olkepress.com

Paylaşımı Eynulla Fətullayevə problem yaradıb: Lotu Quli üçün ölümə hazıram

11-05-2022, 11:28

Paylaşımı Eynulla Fətullayevə problem yaradıb: Lotu Quli üçün ölümə hazıram

Haqqın.az saytının rəhbəri, Əməkdar jurnalist Eynulla Fətullayev “oğru dünyası”nın məşhur ismi Lotu Quli ləqəbli Nadir Səlifovla dostluğu barədə yeni paylaşım edib.

Bakupost.az xəbər verir ki, cinayətkarlığın təbliği kimi başa düşülsə də, dostu üçün ölümə hazır olduğunu bildirib: “Bir neçə dəqiqə öncə dostum Aslan İsmayılov mənə zəng etdi və mərhum dostum Quli ilə bağlı məşhur paylaşımın bəzi dairələr tərəfindən cinayətkaralğın müdafiəsi və təbliği kimi yozulduğunu bildirdi.

Mənim üçün bir həqiqət var: dostumun yolunda ölümə də hazıram! Və bu göyə atılmış söz deyil, bilənlər bilir. Quli mənim ürəyim və dostum olub. Dostluq andı vermişik və sona qədər andıma sadiq qalacam. Hər bir dostum haqqında, xüsusilə haqq dünyasında olan!!!, təhqir işlədən dili yerindən qopardaram! Vəssalam!”.

E.Fətullayev bir neçə gün əvvəl Lotu Quli barədə danışan məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovu hədələmişdi: “Qardaşımıza dil uzadanın dilini kəsərik! M. Mənsimov həyatda ən böyük səhvini etdi”.

Jurnalistin bu cür hədə dilində danışması, üstəlik, cinayətkar aləmin məşhur isminin açıq müdafiəsinə qalxması tənqidlə qarşılanmışdı. Əksəriyyət bunu “oğru dünyası”nın təbliği kimi qiymətləndirmişdi.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi