olkepress.com
olkepress.com

Qərbi Nil virusu yayılmağa davam edir

30-07-2024, 23:25

Qərbi Nil virusu yayılmağa davam edir

İsraildə Qərbi Nil virusuna yoluxanların sayı 738 nəfərə çatıb.

Olkepress.com APA-ya istinadən xəbər verir ki, İsraildə iyun ayından indiyədək 738 yoluxma aşkarlanıb, 51 nəfər ölüb.

Ölkədə hər il iyun-sentyabr ayları arasında müşahidə edilən Qərbi Nil virusu hadisələrinin iqlim dəyişikliyi səbəbiylə bu ilin əvvəlindən müşahidə edilməyə başladığı bildirilir.

Qeyd edək ki, ağcaqanadlar tərəfindən yayılan Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində ortaya çıxıb və ölümlə nəticələnə bilən bir xəstəlikdir.

Virusun xüsusilə yaşlılar və immun sistemi zəif olan insanlar üçün daha riskli olduğu bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi