olkepress.com
olkepress.com

Beyləqanda aksiya: “Bizə su verin, yanırıq” – VİDEO

16-06-2020, 11:12

Beyləqanda aksiya: “Bizə su verin, yanırıq” – VİDEO“Biz dərdimizi kimə deyək, nə edək?”

Bu gün Beyləqan rayonunun Baharabad kənd sakinləri etiraz aksiyası keçiriblər. AYNA xəbər verir ki, kənd sakinləri susuzluqdan əziyyət çəkdiklərini bildiriblər. Onlar iddia edir ki, kənddə içməli və təsərrüfat üçün bir qram da su yoxdur.
Yerli icra qurumlarından şikayət edən sakinlər bildiriblər ki, Beyləqan Rayon İcra Hakimiyyətinə, Baharabad Kənd İcra Nümayəndəliyinə, "Azərsu”nun yerli idarəsinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə dəfələrlə müraciətlər ediblər. Amma kəndin susuzluq problemi həll edilməyib.
"İçmək üçün suyu pulla alırıq. Təsərrüfatımız, sahələrimiz, mal-heyvanımızla yanaşı, özümüz də susuzluqdan yanırıq. Yağış suyunun ümidinə qalırıq. Aidiyyatı qurumları çağırırıq, onlar gələndə, arxa da su gəlir. Onlar çıxıb gedəndən sonra su kəsilir. Biz dərdimizi kimə deyək, nə edək? Bizə dövlət su versin. Su probleminə görə, kənd əhalisinin 40 faizdən çoxu köçüb gedib. Gözləyirlər ki, biz də kənddən kömək gedək?”, - deyə sakinlər bildiriblər.(ayna.az)

Ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi