olkepress.com
olkepress.com

1 ton yararsız ət aşkar edildi

10-02-2024, 23:39

 1 ton yararsız ət aşkar edildi

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Cinayət Axtarış İdarəsi tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Qaraçuk kənd sakini Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkar edilib. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndilib.

Faktla bağlı araşdırmalar aparılır. Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi