olkepress.com
olkepress.com

Azərbaycana hansı məhsulların gətirilməsi mümkün deyil? - CANLI YAYIM

24-05-2022, 11:22

Azərbaycana hansı məhsulların gətirilməsi mümkün deyil? - CANLI YAYIM

“Azərbaycan ərazisinə sınaqdan keçirilməyən, istifadəsinə icazə verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil”.

Ōlkəpress.com xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Q.Təhməzli bildirib ki, artıq Azərbaycana idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilib, elektron sistem vasitəsilə həyata keçirilir:

“Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməyən, istifadəsinə icazə verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil. AQTIS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da ölkəyə yalnız qeydiyyata alınan və dövriyyəsinə icazə verilən məhsulların idxal olunmasını təmin edir”.

Müvafiq sahədə yeni çağırışlar və perspektivlərə toxunan sədr əlavə edib ki, qarşıda bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ halların geniş tətbiqi, özəl sektorun bitki sağlamlığının təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi mühüm hədəflər dayanır.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi