olkepress.com
olkepress.com

Dövlət qulluğuna qəbulla bağlı neçə namizədin müraciətinə imtina verilib? - AÇIQLAMA

23-06-2021, 11:30

Dövlət qulluğuna qəbulla bağlı neçə namizədin müraciətinə imtina verilib? - AÇIQLAMA

“Ötən il dövlət qulluğuna qəbulla bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina verilib”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtina səbəbləri arasında

iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması (34,6 %), zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi (32,46 %), ümumi müsahibədə iştirak hüququnun olmaması (13,27 %) üstünlük təşkil edir.

M.Abbaszadə qeyd edib ki, keçən il müsahibələrdə uğur əldə edən 734 namizəd vakant vəzifələrə təyin edilib:

“Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17 %) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (dövlət qulluğunun vəzifə təsnifatı) olub - 223 nəfər, ümumi müsahibə üzrə BB3 - 22 nəfər, daxili müsahibə üzrə isə BA3 - 35 nəfər altqruplarına aid vəzifələr üzrə qeydə alınıb”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi