olkepress.com
olkepress.com

Göygöl rayonunda baxça müdürü işləyən xanım, eyni zamanda Gəncə şəhər Gülüstan qəsəbəsində necə müəllim işləyir

10-06-2021, 10:26

Göygöl rayonunda baxça müdürü işləyən xanım, eyni zamanda Gəncə şəhər Gülüstan qəsəbəsində necə müəllim işləyir

Göygöl rayon Hacıməlik kənd ərazisində, Kəlbəcər və Xocalı sakinlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün inşa edilmiş şəhərcikdə fəaliyyət göstərən 5 nömrəli körpələr evi uşaq bağçasının müdiri Yeganə Məmmədovadır.

Ölkəpress.com xeberfakt.az-a istinadən yazır ki, burada müdür işləyən Yeganə Məmmədova eyni zamanda Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisində fəaliyyət göstərən Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbdə ikinci iş yeri kimi 18 saat dərs tədris edir!
Qeyd etmək istəyirik ki, Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbdə beş nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olduğu halda, dörd ildir ki, ikinci iş yeri kimi Göygöl rayon Hacıməlik kənd ərazisində Kəlbəcər və Xocalı sakinləri üçün inşa edilmiş şəhərcikdə fəaliyyət göstərən 5 nömrəli körpələr evi uşaq bağçasının müdiri Yeganə Məmmədova 18 saat dərs götürüb?
Ölkəpress.com olaraq ümid edirik ki, bu müəmmalı sualın cavabını qarşı tərəfdən alacağıq! Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi