Təhsil naziri Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Oktyabrın 9-da Təhsil naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniq ilə görüşüb.
Görüşdə Azərbaycan və Almaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.