olkepress.com
olkepress.com

Cavanşir Məmmədov xanımların geyimini tənqid etdi: “Reytuz”la gəzirlər”

21-04-2021, 21:49

Cavanşir Məmmədov xanımların geyimini tənqid etdi: “Reytuz”la gəzirlər”“Keçmiş dövrlə indiki arasında fərq çoxdur. Biz sovet tərbiyəsi alaraq böyümüşük. Məsələn, yadınızdadırsa, idman dərsində qızlarla oğlanların müəllimləri fərqli olardı. Qızlar dərsdə “reytuz”la iştirak edərdi, kişilər də “finka” geyinərdi. İndi xanımlar “reytuzla” toya gəlirlər, yaxud da küçədə gəzirlər”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “6/8 axşam şousu”nda deyib. Müğənni bu dəfə xanımların geyimlərini tənqid edib:

“İndi paltarlı qadın görəndə sevinirəm. Deyirəm, nə yaxşı paltar geyinib. Axı indi hamı şalvar geyinir. Açıq danışıram. Şalvarı bədən formasını göstərmək üçün geyinənlə, dərinin rəngini nümayiş etdirmək üçün geyinən arasında fərq var. Qışda adam ayağı açıq geyinə bilər? Lakin bəzi qadınlar üstdən palto geyinirlər, ayaqları da açıq olur. Bilirsiz niyə? Yəni mənim bədənim bu rəngdir. Bunun da əleyhinə deyilik. Amma qədərində olsun”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi