olkepress.com
olkepress.com

Rəhman Rəhmanovun həyat yoldaşı ərinin xəyanətindən danışdı: “Qastrol adı ilə gedirdi” – VİDEO

15-03-2021, 12:00

Rəhman Rəhmanovun həyat yoldaşı ərinin xəyanətindən danışdı: “Qastrol adı ilə gedirdi” – VİDEOƏməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı ARB TV-nin “Onun Sirri” verilişinə müsahibə verib.

Aktyorun həyat yoldaşı Gülbiçə Rəhmanova əməkdar artistin xəyanətindən danışıb:

“Nə olubsa, cavanlıqda olub. Hiss etmişəm, amma üzünə vurmamışam. Pərdə saxlamışam. Qastrol adı ilə gedirdi. Bir nəfər mənə dedi. Dedim eyib etməz, kişidir, cavandır. Burada nə var ki?!

Bəzən olurdu gecə evə gəlmirdi. Deyirdi ki, işim var. Hətta yaxasında qırmızı ləkə də gördüm.

Soruşdum ki, Rəhman bu nədir? Heç nə demədi. Mən də üstünə getmədim. Sonradan eşitdim ki, həmin qadından ayrılıb. Dedim ki, şükür Allaha. 26 ildir ailə qurmuşuq. Nə etsə də danışmamışam. Çünki onu özümdən çox istəyirəm. Övladım olmadığı üçün o mənim həm atamdır, həm anamdır, həm balamdır. Ona deyirəm ki, sən mənim ürəyimsən”.






ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi