olkepress.com
olkepress.com

Partlayışda xəsarət alan aktyordan xəbər var

1-03-2021, 14:48

Partlayışda xəsarət alan aktyordan xəbər varYaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova “Report”a bildirib ki, artıq aktyorun həyati təhlükəsi yoxdur:

“Hadisədən sonrakı bir həftə onun üçün kritik idi. Şükürlər olsun ki, artıq bu təhlükə geridə qaldı. Bu gün növbəti dəfə sarğıları dəyişdirildikdən sonra palataya köçürüləcək”.

Qeyd edək ki, 36 yaşlı C.Telman fevralın 22-də evində baş verən partlayış nəticəsində xəsarət alıb. O, yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi