olkepress.com
olkepress.com

Sevinc Ağasıyeva yeni layihəsini təqdim etdi - VİDEO

25-02-2021, 20:47

Sevinc Ağasıyeva yeni layihəsini təqdim etdi - VİDEOSəhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib.

Layihə Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunur. Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı “Xocalı soyqırımı”nın 29-cu il dönümü ərəfəsində baş tutub.
İngilis dilində olan mahnının bəstəkarı Sivva, sözlərin müəllifi isə Ruslan Karslıdır. Aranjeman Samir Şirinova aiddir. Balabanda xalq artisti Əlixan Səmədov, kamançada isə əməkdar artist Elnur Əhmədov ifa edib. Xanım ifaçının duet ortağı “Uşaq Avroviziya mahnı müsabiqəsi”nin iştirakçısı, prezident təqaüdçüsü Fidan Hüseynovadır. Klipdə 2020-ci ilin oktyabrında Gəncədə baş verən qanlı hadisələr obrazlı şəkildə canlandırılıb.

Klipin rejissoru Delee Oruclu, baş prodüseri Samir Şirinov, layihənin rəhbəri isə Ruslan Zeynaldır.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi