olkepress.com
olkepress.com

Qarabağ həqiqətləri ilə bağlı müraciətindən sonra Dilarə Kazımova ermənilərin kiberhücumuna məruz qaldı

7-11-2020, 13:56

Qarabağ həqiqətləri ilə bağlı müraciətindən sonra Dilarə Kazımova ermənilərin kiberhücumuna məruz qaldıXaricdə yaşayan pərəstişakarlarına ingilis dilində Qarabağ həqiqətləri ilə bağlı müraciətindən sonra “Eurovision 2014” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Dilarə Kazımova çox sayda təhqir və hədə-qorxu mesajları alıb.

Ölkəpress.com-un məlumatına görə, buna məhəl qoymayan müğənni vətənpərvərlik ruhunda olan mahnılarını paylaşmaqda davam edib.

Bundan sonra, ermənipərəst qüvvələrin kiberhücumu nəticəsində D.Kazımovanın “YouTube” kanalı bağlanıb. Sosial şəbəkələrdə isə ermənilər azərbaycanlı müğənninin rəsmi hesablarını bağlatdırmağa nail ola bilməyiblər.

“YouTube” administrasiyası kanalın bağlanmasını paylaşımlarda hədə-qorxu və zorakılığın təbliği ilə əsaslandırıb. Halbuki, kanalda heç vaxt qeyd edilən xüsusiyyətləri daşıyan video və çağırış yerləşdirilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi