olkepress.com
olkepress.com

Qoşqar Təhməzliyə qarşı QƏSSAB ÜSYANI...

5-03-2021, 11:26

Qoşqar Təhməzliyə qarşı QƏSSAB ÜSYANI...AQTA-nın absurd qərarı əhalinin ətlə təminatını ciddi sual altına alıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) heyvanların xüsusi kəsim məntəqələrində kəsilməsi ilə bağlı tələbi ət bazarını çökdürməkdədir.

Qeyd edək ki, AQTA-nın qərarına əsasən, kəsim məntəqələrində kəsilən heyvanın çəkisinin hər kiloqramına görə 1 manat ödənilməlidir. Qəssablər isə bu qərarla razı deyillər.

Çünki belə olduqda, hər kiloqram ət üçün üçün 1 manat ödəməkdən əlavə, heyvanların kəsim məntəqəsinə aparılması və oradan geri gətirilməsi də əlavə xərc yaradır. Bu isə təbii qiymət artımına gətirib çıxaracaq.

Görünən budur ki, AQTA rəhbəri Qorxmaz Təhməzlinin xalqın vəziyyətini yox, öz cibini düşünməsi ölkədə ət böhranının yaranmasına səbəb olacaq.

AQTA-nən məlum qərarı ilə razılaşmayan qəssablər bildirirlər ki, ətin qiyməti bahalaşsa, sosial durumu pisləşən əhali bundan çox əziyyət çəkəcək.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi