olkepress.com
olkepress.com

Abid Şərifovun nəvəsinin yeni otelindən - FOTO

10-02-2021, 14:52

Abid Şərifovun nəvəsinin yeni otelindən - FOTOXəbər verdiyimiz kimi, Şəki şəhər icra hakimiyyəti "Şəki Park” otel kompleksinin istismarına icazə verib.

Xatırladaq ki, tikintilərin dövlət reyestrinə əsasən, 4 hektar torpaq sahəsində tikilən kompleks 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsusdur. "Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir.

Burda qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var. Nicat Mahmudov 2017-ci ildən Londonda yaşayır və orada "Abeona Global Limited” şirkətinə rəhbərlik edir. 2018-ci ildə gənc sahibkarın bu şirkətdə 260 min funt sterlinqdən artıq sərvəti var idi.

Abid Şərifov isə Unikal.org-a açıqlamasında "Şəki Park” otelinin nəvəsinə məxsus olduğunu təsdiq edib: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"
(Yenisabah)

Abid Şərifovun nəvəsinin yeni otelindən - FOTO


ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi