olkepress.com
olkepress.com

Pandemiyaya görə iki milyard ABŞ dolları həcmində maliyyə yardımı ayrılıb

15-12-2020, 17:27

Pandemiyaya görə iki milyard ABŞ dolları həcmində maliyyə yardımı ayrılıb
Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyası və bu səbəbdən ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində ayrılan maliyyə yardımının ümumi həcmi iki milyard ABŞ dollarından çoxdur.

APA-nın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, sosial dəstək tədbirləri indiyədək beş milyona yaxın insanı əhatə edib və 14 dekabrdan ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq əhaliyə ödənişlər formasında yenidən dəstək göstəriləcək:

“Yeni sərtləşdirici tədbirlərin tətbiqi ilə əlaqədar əhaliyə yenidən ödənişlər ediləcək. Ümumilikdə, sözügedən sərtləşdirici tədbirlər ölkə üzrə 458 min işçini əhatə edib. Ümumi dəstək paketinin dəyəri iki milyard dollardan çoxdur və mikrobizneslərə və sosial paketinin hissəsi olan işsizlərə yönəlir”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi