olkepress.com
olkepress.com

Bəs Vasif Talıbov deyirdi ki, Naxçıvanda koronavirus yoxdur...

3-12-2020, 11:45

Bəs Vasif Talıbov deyirdi ki, Naxçıvanda koronavirus yoxdur..."Naxçıvanda COVID-19 virusu tüğyan edir, xəstə əlindən məktəblərdə uşaq tapılmır ki, müəllim dərs keçsin"

Bu barədə "MediaPost"a daxil olan şikayətdə bildirilib. Şikayətçi Naxçıvanda koronavirusun bu qədər geniş yayılmasına baxmayaraq hələ də təhsil müəssisələrinin bağlamamsınına etirazını bildirir:

"Vəziyyət çox pisdir. Naxçıvanda yaşayan insanlar bilir ki, burada vəziyyət necədir. Amma nə məktəb, nə də universiteti bağlamırlar".

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, onlarda Naxçıvanda koronavirusun geniş yayılması ilə bağlı məlumat yoxdur.

Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışsaq da, hər zaman olduğu kimi qurumun mətbuat xidmətindən məlumat ala bilmədik.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi