olkepress.com
olkepress.com

Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaq

14-11-2020, 17:12

Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaqNoyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaq.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə işğaldan azad olunan ərazilərimizdə suvarma sistemlərinin bərpasına həsr edilmiş görüşdə məlumat verib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

“İşğaldan azad edilmiş ərazilərdə ASC-nin balansında olan meliorasiya və irriqasiya obyektlərinin inventarlaşdırılması, texniki vəziyyətinin qiymətləndirilməsi, onların bərpası və fəaliyyətinin təmin edilməsi üçün təkliflərin hazırlanması məqsədilə əmr imzalanıb və sədr müavini Rafiq Aslanovun rəhbərliyi ilə müvafiq komissiya yaradılıb. Həmçinin, əmrə əsasən noyabrın 16-dan Qubadlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti bərpa olunacaq”, - deyə sədr əlavə edib.

Qeyd edilib ki, işğal olunmuş torpaqlarımızda doqquz su anbarı, yeddi sututar, 6426 kilomert suvarma şəbəkəsi, iki hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 803 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu var idi. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi