olkepress.com
olkepress.com

“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir

25-09-2024, 13:58

“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsinin icrasını uğurla davam etdirir.

Layihənin əsas məqsədi Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan 2030. Sosial-iqtisadi inkişafın “Milli Prioritetləri” sənədinin beş Milli Prioritetindən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün, özəl sektorun bu mühüm strateji məqsədə cəlb edilməsi məqsədilə, ölkəmizin kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi yolu ilə davamlı inkişaf və ətraf mühitə təsirlərin azaldılması üzrə biliklərin artırılmasından ibarətdir.

Layihə çərçivəsində Qəbələ rayonunda, 23-24 sentyabr 2024-cü il tarixdə kənd təsərrüfatında çalışan fermerlərin və turizm şirkətləri rəhbərləri üçün Yaşıl enerji ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə Qəbələ rayon İcra Hakimiyyətinin İqtisadiyyat Şöbəsinin müdiri Ramin Hüseynov iştirak etdi. 40 nəfər tədbir iştirakçısına “Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” adlı kitabça və sertifikatlar təqdim edilib.
“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir
“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir
“Azərbaycanın kənd təsərrüfatı və turizm müəssisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi