Bir qədər sonra Əmanət Əzizova Lənkəran poçtamtının müdirliyi etibar olunub. O, bu vəzifədə cəmi 2 aya yaxın işləyib. İdarədə yaranan ciddi narazılıq və qalmaqal səbəbindən 2 aydan sonra vəzifəsi ilə vidalaşıb və Rusiyaya gedib. Tam dəqiqləşdirilməmiş məlumata görə, hətta onun haqqında cinayət işi açılması gündəmdə olsa da, sonra güzəşt edilərək “70-in C” bəndi ilə işdən azad olunub. Poçtam işçilərinin onunla bağlı kollektiv şikayət hazırlandığı barədə də xəbərlər dolaşır.Əldə olunan məlumata görə, Əmanət Əzizov Lənkəran Poçtamtının müdirliyi ilə vidalaşandan sonra yenə 2 ilə yaxın Rusiyanın müxtəlif şəhərlərində çalışıb. Bu günlərdə isə Masallı İcra hakimiyyəti Başçısının Qızılavar Inzibati Ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.
Maraqlı orasıdır ki, bu təyinatdan 1 həftədən artıq vaxt keçsə də İHB-nin saytında bu barədə heç bir məlumat yerləşdirilməyib. Onun da xatırladaq ki, Əmanət Əzizov İHB-nin ümumi şöbə müdiri İlkin Əzizovun əmisidir.
Araşdırmalarımız davam edir. Yəqin ki, mövzuya qayıdacağıq.
Zahir Əmənov. (Cenub.az)
ölkəpress.com