olkepress.com
olkepress.com

İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlər planlaşdırmalıyıq”

21-06-2021, 14:34

İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlər planlaşdırmalıyıq”

Azərbaycanla Pakistan arasında əməkdaşlıq uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edən zaman deyib.

“Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi