olkepress.com
olkepress.com

“Caliber”: Şuşa Bəyannaməsinin ətraflı təhlili - VİDEO

17-06-2021, 11:20

“Caliber”: Şuşa Bəyannaməsinin ətraflı təhlili - VİDEO


Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə son on ilin ən vacib sənədi hesab edilə bilər.

Bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında yayımlanan növbəti təhlilində qeyd olunub.

Videoda Şuşa Bəyannaməsi detallı şəkildə təhlil olunub.

“Caliber” vurğulayır ki, dövlətlər arasında 1994-cü və 2010-cu illərdə imzalanmış sənədlərə də istinad olunan mövcud müqavilə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni bir mərhələ yaradır. Bütün bunlar isə Heydər Əliyev və Süleyman Dəmirəlin dövründə başladılan proseslərin məntiqi nəticəsi kimi təzahür edir.

Mətndə ayrıca qeyd olunur ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri iki xalqın milli-mənəvi dəyəri olaraq qiymətləndirilir. Bununla da ortaya aydın şəkildə mədəni-ideoloji bir vektor qoyulur.

Ətraflı videoda:



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi